Xəbər lenti

Xalq artisti Siyavuş Aslandan xəbər var
Ölkə05:42 20.04.2013

Xalq artisti Siyavuş Aslandan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Atama teatrdan gəlib baş çəkən yoxdur”

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslan atasının səhhəti ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, aktyorun vəziyyəti ümumilikdə yaxşı olsa da yeriməkdə çətinlik çəkir.

“Hazırda vəziyyəti yaxşıdır. İndi yatıb. Gecə yuxuları da yaxşıdır. Səhər tezdən 6-dan durur. O vaxt mən də dururam səhər yeməyini verirəm, onu rahlayıram .Əvvəl necə idisə, indidə elədir. Yalan söhbətdir ki, səhhəti ağırlaşıb. Min şükür, həyatdır da! Həkimi hərdən evə gəlib yoxlayır, amma kursla müalicə olunur. 3-4 dərmanı var ki, onun hesabına özünü həmişə yaxşı hiss edir. Sözləri yadından çıxartmaq, qarışdırmaq yenə də olur. Gəzməkdə əziyyət çəkir. Ona görə də harasa çıxa bilməz. Ancaq evdə olur. Teatrdan zəng edib soruşurlar. Amma gəlib baş çəkən yoxdur. Köməkçimiz ilə mən baxıram. Öz fikrindədir, heç nə demir, ancaq televizora baxır. Vaxtlı-vaxtında yeyir-içir, vəssalam. Çox az danışır. Yaddaşı ümumilikdə yaxşıdır. İnsanları tanıyır. İstilər başlasın, onu gəzdirəcəyəm, sanatoriyaya aparacağam”.

Qaynar.info