
Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov xəstəxanadan evə buraxılıb.
Bu barədə Report-a Sabir Ələsgərovun qızı Mehriban Ələsgərova məlumat verib.
O, hazırda atasının vəziyyətinin yaxşı oldğunu deyib: "Atam hələ zəifdir. Bu səbəbdən, müalicəsini evdə davam etdirir. Şükür Allaha gəzə bilir, danışır, qidalanır. Amma hələ çox zəifdir. Həkimlərin nəzarəti altındadır.".
Xatırladaq ki, S.Ələsgərov keçən ay 1 saylı Şəhər Kliniki Xəstəxanasının Rearnimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilmişdi.
Qaynar.info