
Azərbaycanın xalq artisti Arif Babayevin evindən oğurluq edilib.
Lent.az xəbər verir ki, gecə saatlarında A.Babayevin Qax rayonunun Qaxbaş kəndində yerləşən bağ evinə girən naməlum şəxs və ya şəxslər evdən 1 ədəd televizor və dvd-ni aparıblar.
Hadisə ilə bağlı polisə ilk məlumatı xalq artistinin qonşusu Məmmədov Cavad Camal oğlu verib. Lent.az-ın əldə etdiyi məlumata görə, C.Məmmədov xalq artistinin qonşusudur və evinə nəzarət etməyi ona tapşırıbmış.
Qax rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Arif Babayevin bağ evi Ağçay çayının yaxınlığındakı yeni yaşayış massivində yerləşir.
Qaynar.info