Xəbər lenti

Xalq artistləri əlbəyaxa oldular
Ölkə09:20 05.07.2013

Xalq artistləri əlbəyaxa oldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Akademik Milli Dram Teatrının səhnə arxasında əsl “tamaşa” yaşanıb. 

Səhnə arxasında xalq artistləri əlbəyaxa davaya çıxıb. Məlumata görə, dava “Yaşlı klon axtarılır” tamaşasının məşqi zamanı baş verib.

Gənc rejissor İradə Gözəlovanın quruluş verdiyi tamaşanın məşqlərindən birində teatrının tanınmış aktyorları, xalq artistləri Rəfael Dadaşovla Rafiq Əzimov arasında mübahisə düşüb. Xalq artistlərinin mübahisəsinə səbəb isə R.Əzimovun yaddaşının zəifliyi olub. 

Belə ki, R.Dadaşov iki ay davam edən məşqlərdən nəhayət bezərək, məşqlərin bitməsini tələb edib. O, özünün hazır olduğunu, ancaq tamaşanın hələ də səhnələşdirilmədiyini bildirib. 

R.Dadaşov deyib ki, iki aydır məşq etsələr də, Rafiq Əzimovun yadında heç nə qalmayıb: “Onun yaddaş problemi var, mən neyləməliyəm? Bu adam öz rolunu yadında saxlaya bilmir. Mən də ona görə ölməliyəm? Bəsdirin, ya bu tamaşa bitəcək, ya da mən getdim”.

R.Dadaşov R.Əzimova verilən rolun başqa aktyora həvalə edilməsini tələb edib. 

Həmkarının bu formada iradlarına dözməyən R.Əzimov isə yerindəcə onun cavabını verib. Nəticədə xalq artistləri bir-biriləri ilə çox gərgin formada söz davasına çıxıblar. Əsəbləri tarıma çəkilən aktyorlar sonucda bir-birinin üstünə hücum ediblər. 

Məlumata görə, yaşanan olayın ardından R.Dadaşov, ya R.Əzimovun yerinə başqa aktyorun tapılması, ya da “Yaşlı klon axtarılır” tamaşasındakı rolundan imtina edəcəyini deyib. 

Bunun ardınca tamaşanın rejissoru hazırda R.Əzimovun yerinə aktyor axtarışına çıxıb.

Məsələ ilə əlaqədar xalq artisti Rəfael Dadaşov deyilənləri təkzib etmədi: “Teatrda min dənə söz-söhbət olur. Nəyinizə lazımdır bu?”.(aznews.az)