Xəbər lenti

Xalq artistləri qohum oldu - Toydan fotolar
Ölkə18:13 30.01.2022

Xalq artistləri qohum oldu - Toydan fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin toyudur.
Fatimə Xalq artisti, "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidlə ailə qurur. Cütlüyün qız toyu şəhər restoranlarından birində keçirilir.
Məclisə sənət aləminin tanınmış simaları qatılıb. Gecədə Alim Qasımov səbəbkarlar üçün muğam da səsləndirib. Ona ifası zamanı qızı Fərqanə də qoşulub.
Qeyd edək ki, Ümid də atası kimi nağara ifaçısıdır. Ümid və Fatimənin oğlan toyu fevralda keçiriləcək.//axşam.az