
12:21
Bu gün səhər saatlarında “Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qaynarinfo.az xəbər verir ki, bunu “Xalq Bank”ın Reklam və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşən Eynullayev APA-ya açıqlamasında bildirib.
E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. O, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Yasamal rayonu İnşaatçılar prospekti 100 ünvanında “Xalq Bank”ın baş ofisinin yaxınlığında partlayış olub. Hadisəyə ilkin ehtimal kimi qaz sızması göstərilir. Hadisə ilə bağlı hələki rəsmi məlumat yayılmayıb.
****
10:17
Səhər saat 9.00-da Xalq bankın anbarında partlayış baş verib. Qaynarinfo.Az-ın ann.az-aistinadla verdiyi xəbərə görə, hazırda ətraf təmamilə mühasirəyə alinib. Yaxınlıqda yerləşən maşınlara ciddi xəsarət dəyib.
Qeyd edək ki, "Xalq bank"ın baş ofisi İnşatçılar prospektində "Elmlər akademiyası" metro stansiyasının şaxtasınn yaxınlığında yerləşir. Partlayışın səbəbi bilnimir.
* * *
Bu gün səhər saat 9 radələrində "Xalq Bank”ın baş ofisində partlayış baş verməsi barədə ANN.Az-da gedən xəbəri bankın mətbuat katibi Elşən Eynullayev APA agentliyinə verdiyi məlumatda təksiz edib və bildirib ki, "mətbuat orqanlarında yayılan məlumatlar" həqiqəti əks etdirmir.
E. Eynullayev deyib ki, baş ofisə yaxın ərazidə baş verən partlayışın bankla əlaqəsi yoxdur. Bununla yanaşı o, hazırda hadisə yerində Fövqəladə hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları çalışdıqlarını, yaxın ərazidə park olunmuş avtomobillərə ciddi ziyan dəydiyini də bildirib.
ANN.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda FHN işçiləri "Xalq bank"a məxsus və onun binasına bitişik bütün anbarları açdırır və qarşıda duran binanın sakinlərinə hətta eyvana çıxmağı qadagan ediblər. Sakinlərin bu qadaga nə ilə baglıdır sualına cavabında isə FHN içiləri bunu təhlükəsizlik məqsədi üçün etdiklərini bildirir.
Partlayış olan anbarda "Xalq bank"ın baş ofisinin binasına aid generatorların yerləşdirildiyi bildirirlir. Odur ki Elşən Eynullayevin "baş verən partlayışın bankla əlaqəsi yoxdur" dedikdə nə nəzərdə tutduğu aydın olmur.
Qaynarinfo.az




