Xəbər lenti

Xalq cəbhə xəttinə axışır - “Bizi orduya götürün”
Ölkə11:19 04.08.2014

Xalq cəbhə xəttinə axışır - “Bizi orduya götürün”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat.com-un yerlərdən aldığı məlumata görə, ölkənin ayrı-ayrı rayonlarından vətəndaşlarımız sərhəd bölgələrinə, döyüş nöqtələrinə axışırlar. 

Sonuncu posta qədər irəliləyən vətəndaşlarımız “vuruşmağa gəlmişik, bizi səfərbər edin”, tələbi ilə hərbçilərə müraciət ediblər. 

Müsavat.com-a deyiblər ki, bu cür faktlardan biri də Ağdam rayonunda qeydə alınıb. 

Müdafiə nazirliyinin təmsilçiləri könüllü kimi savaşmağa gələn vətəndaşlarla görüşüb, onları şəhidliyə (hansı ərazidə olmasını dəqiqləşdirə bilmədik) aparıb, ziyarət edib, sonra xahiş ediblər ki, evlərinə qayıtsınlar: “Azərbaycan ordusu güclüdür, könüllülərə hələlik ehtiyac yoxdur, vətən müharibəsi başlasa, sizi də orduya alacağıq”, cavabı verilib. 

Qaynar.info