"Heç nə gizlində qalmır, əvvəl-axır üzə çıxır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq şairi Fikrət Qoca Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin həbsindən danışarkən deyib.
Xalq şairi olanlardan dəhşətə gəldiyini deyib:
"Rayonu onlara tapşırıblar. Ölkənin bu vaxtında onlar rayonun başına nə oyun açıblar? Çox təəssüf edirəm. Bunlar təhsilli, ziyalı adamlardır. Rayon camaatı onlara bir övladı kimi olmalı idi. Yardım göndəriblər, çox sağ olsunlar. Yardımlar kasıbın əlinə gedib çatmalı, ehtiyacı olan adama verilməli idi. Amma kasıbın əlinə gedib çatmamağı, ehtiyacı olan adamlara verilməməsi və həmin adamlar tərəfindən mənimsənilməsi dəhşətdir. Ehtiyacı olan ailələrin uşaqları çörəksiz qalıb, yekəqarınlar onlara gedən yardımı yeyiblər. Bu çox pisdir. Dəhşətdi... Bunlar necə yetişib? Bəs bilmirlər ki, axırda boğazlarından yapışarlar”.
Fikrət Qoca deyib ki, heç nə gizlində qalmır, əvvəl-axır üzı çıxır.
Bahar Rüstəmli