Xəbər lenti

Xalq şairinin ikinci ayağı da amputasiya olundu
Ölkə10:47 05.04.2016

Xalq şairinin ikinci ayağı da amputasiya olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Söhrab Tahir ikinci dəfə əməliyyat olunub.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın apa-ya verdiyi məlumata görə, xalq şairinin ikinci ayağı da amputasiya edilib. 

Onun sözlərinə görə, Söhrab Tahirin ayaqlarında qanqrena getdiyi üçün əməliyyat qaçılmaz olub: “Həkimlər şairin sol ayağını da amputasiya ediblər. Söhrab Tahiri artıq palataya köçürüblər. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib. 

Qaynar.info