Xəbər lenti

Xalq şairinin vəziyyəti ağırdır
Ölkə15:28 25.04.2016

Xalq şairinin vəziyyəti ağırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hər iki ayağından amputasiya olunan xalq şairi Söhrab Tahir evə buraxılıb.
Bu barədə xalq şairinin oğlu Tahir Tahiri Modern.az saytına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Söhrab Tahir Neftçilər xəstəxanasında əməliyyat olunub. Əməliyyat uğurla keçib və şair evə buraxılıb.
Bununla belə, o, atasının  vəziyyətinin yaxşı olmadığını deyib.
Tahir Tahiri bildirib ki, bunun səbəbi şairin 3 dəfə infarkt keçirməsi, şəkərli diabet xəstəliyindən əziyyət çəkməsi və yaşının çoxluğudur.
Qaynarinfo.az