106.3 radiosunun aparıcısı Mətanət Əliverdiyeva canlı efirdə ağlayıb. Qaynar.info xəbər verir ki, xanım aparıcı xəbərlər proqramını apararkən göz yaşlarını saxlaya bilməyib. Onun ağlamasına səbəb Azərbaycan ordusunun bu gün cəbhə xəttində verdiyi itkilərlə bağlı xəbərlər olub.
Xanım aparcı şəhidlərin adlarını çəkərkən, qəhərlənərək, ağlamağa başlayıb. Və nəticədə dinləyicilərdən üzr istəyərək verilişi yarımçıq kəsib.
Xatırladaq ki, bu axşam cəbhə xəttində baş verən şiddətyli döyüşlər zamanı Azərbaycan ordusu 8 (bəzi məlumatlara görə 11) şəhid verib, 4 əsgərimiz isə ağır dərəcəli xəsarətlər alaraq qospitala eyrləşdirilib.