Xəbər lenti

Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi
Ölkə08:39 04.10.2024

Xanım fermerin 240 kq noxudunu oğurlayan fəhləyə cəza verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabadda xanım fermerin 240 kiloqram noxudunu oğurlayan fəhləyə və tanışına hökm oxunub. 
Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Qarazəncir kəndində baş verib. 
Belə ki, 1998-ci il təvəllüdlü Elbrus kənddə fermer təsərrüfatı ilə məşğul olan Vəsimə Hüseynovanın evində fəhlə işləyib. O, evin həyətində "Pakistan" sortu hesab edilən kisələrdəki noxudu görüb. Maddi imkanı zəif olduğu üçün 2000-ci il təvəlüdlü Məftun adlı tanışı ilə noxudları oğurlayıb. Onlar ümumi çəkisi 240 kq, dəyəri 840 manat olan 4 kisə noxud aparıblar. 
Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib. Elbrus 2 il 5 ay 26 gün, Məftun isə 2 il 2 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Aydın