Xəbər lenti

Xanım jurnalistin oğlunu bıçaqladılar - Azərbaycanda
Ölkə07:14 19.01.2017

Xanım jurnalistin oğlunu bıçaqladılar - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün saat 17 radələrində Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.

SalamNews xəbər verir ki, bıçaq xəsarəti almış 1985-ci il təvəllüdlü Səfərov Tural Mirzəbala oğlu təcili tibbi yardım maşını ilə 3 nömrəli xəstəxanaya gətirilib. Yaralının vəziyyəti ağır-stabil hesab olunur.

Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.

Qeyd edək ki, Tural Səfərov Səbail rayonu Böyük Salyan şosesi ev 22, mənzil 119-da yaşayan "Bakı-xəbər" qəzetinin baş redaktorunun müavini, jurnalist Samirə Səfərovanın oğludur. (Bakı Post)

Qaynarinfo.Az