Xəbər lenti

Xanım müştərini söyən taksi sürücüsü həbs edildi
Ölkə10:07 03.09.2024

Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda xanım sərnişini söyən taksi sürücüsü həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 1994-ci ildə Ağsuda anadan olmuş B.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib. 
Buna səbəb xanım sərnişini söyməsi olub. Belə ki, sərnişin Z.B. "Bolt"la taksi sifariş verib. Z.B. yolu yanlış izah etdiyi üçün B.N. ondan sifarişdən imtina etməsini tələb edib. Zərərçəkmiş şəxs isə buna əməl etməyib.
B.N. sərnişinin dayandığı yeri tapan zaman Z.B. onunla getmədiyəcəyini bildirib. Bu zaman sürücü əsəbiləşərək, müştərini söyüb. 
Sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və barəsində 5 gün müddətinə həbs edilib.
Aydın