Xəbər lenti

Xanım Qafarovanın ayaqları tutuldu
Ölkə05:26 09.05.2014

Xanım Qafarovanın ayaqları tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yerimək imkanım yoxdur, ayağa dura bilmirəm. Neçə gündür ayaqlarım tutulub”. Qaynar.info xəbər verir ki, bunu AzNews-az-a açıqlamasında Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktirisası Xanım Qafarova deyib.

O bildirib ki, həkimlər ayaqlarının tutulmasını qanının aşağı düşməsi ilə bağlı olduğunu deyiblər: “Qəfil qanım aşağı düşdü. Bu səbəbdən də səhhətimdə problem yarandı”.

X. Qafarova müalicə məqsədilə ona qan köçürüldüyünü də deyib: “Əgər qanım qaydasına düşsə bu problem aradan qalxacaq. Qanım aşağı düşdüyündən kimyaterapiya da oluna bilmirəm”.

Qeyd edək ki, Xanım Qafarova onkoloyi xəstəlikdən əziyyət çəkir. O, bu xəstəlikə əlaqədar Azərbaycanda 3 dəfə əməliyyat olunub və Türkiyədə vaxtaşırı müalicə kursu alır.

Qaynar.info