Xəbər lenti

Xanım sürücü Ələt-Astara yolunda avtomaşını aşırdı
Ölkə18:10 16.12.2016

Xanım sürücü Ələt-Astara yolunda avtomaşını aşırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun Kür çayının üzərindən keçən hissəsinəı yaxın ərazidə 38 yaşlı qadın sürücü idarə etdiyi “Hyundai” markalı avtomaşını aşırıb.

Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, hadisə nəticəsində xəsarət almış sürücü, Bakı şəhər sakini Ruhullayeva Nuriyyə Novruz qızı və onun 8 yaşlı qızı Tehran Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan saytımıza verilən məlumata görə, onlara tibbi-yardım göstərilib və xəsarətləri yüngül olduğundan, yaxın saatlarda ambulator müalicəyə göndəriləcəkləri gözlənilir.

Qaynarinfo.Az