Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu barədə Qaynarinfo-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
"Bu mərhələdə Xankəndi şəhərinə 18 ailə - 68 nəfər köçürülüb. Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir", deyə məlumatda qeyd edilib.
Şərhlər