Xəbər lenti

Xankəndinin şimal ətrafı minalardan təmizlənilir
Ölkə05:05 25.12.2020

Xankəndinin şimal ətrafı minalardan təmizlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın mühəndis bölmələri Dağlıq Qarabağda 280 hektardan artıq ərazini minalardan təmizləyib və 9 mindən çox partlayıcı maddəni zərərsizləşdirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsini başa çatdırırlar. Əməliyyat zamanı 280 hektardan çox ərazi, təxminən 107 km yol, 452 tikinti minalardan təmizlənib. 9 mindən çox partlayıcı maddə aşkar edilib və zərərsizləşdirilib”, - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlıları minaların təmizlənməsində dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi zamanı minalardan təmizləmə işini yüksək sürətlə həyata keçirməyə imkan verən müasir robot texnikalarından istifadə edirlər.