Xəbər lenti

“Xaricdə gecə klublarını gəzirəm” - Aysel
Ölkə06:05 24.10.2013

“Xaricdə gecə klublarını gəzirəm” - Aysel

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Aysel Əlizadə əsl səyyah olduğunu etiraf edib.

Klipler.tv
xəbər verir ki, “Qafqazinfo” xəbər verir ki, sənətçi Axşam.az saytına açıqlamasında xarici ölkələrə tez-tez getdiyini, gəzməyi sevdiyini bildirib:

“Əsasən əyləncəli, maraqlı keçmişi olan ölkələri xoşlayıram. Praqada, Almaniyada, İspaniyada, Ukraynada, Türkiyədə və bir çox yerlərdə olmuşam. Türkiyə ən çox sevdiyim ölkədir. Amma yay istirahətini əcnəbi ölkədə keçirməyi sevirəm. Əyləncəni sevirəm, maraqlı konsertlərə qatılıram. Xaricdə heyvanlar aləmini gəzirəm. Xaricdə bəzən bayramlarla əlaqədar bazarlar təşkil edilir, həmin yerlərdə olmağı xoşlayıram. Orada qeyri-adi geyimlər, aksessuarlar olur. Gecə klublarını sevirəm. Amma sakit, dincələ biləcəyim məkan olsun. Azərbaycanda heç vaxt kluba getmirəm. Amma xaricdə kinoteatrları, gecə klublarını, karaokeləri gəzirəm. Ən son əyləncə yerim Türkiyə olub”.