Xəbər lenti

Xaricdə təhsil almaq istəyənlərin diqqətinə
Ölkə07:18 17.03.2015

Xaricdə təhsil almaq istəyənlərin diqqətinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanın xaricdə təhsil proqramının fokusu dəyişdirilir”. 

APA-nın məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda təhsil naziri Mikayıl Cabbarov deyib.

"Bununla da biz bu proqramın birinci mərhələsinin sonuna gəlirik. Keçən həftə ikinci proqramın məhsuldar müzakirəsi keçirilib. Artıq proqramı fokusu dəyişdirilir. Belə ki, azərbaycanlı tələbələri xaricə göndərməklə yanaşı, xarici ali təhsil müəssisələrinin professorlarını öz ali təhsil müəssisələrimizdə fəaliyyət göstərmək üçün Azərbaycana dəvət edəcəyik”, - deyə M. Cabbarov bildirib.

Onun sözlərinə görə, yalnız son iki ildə xaricdə təhsil proqramı çərçivəsində 1300-dən çox gənc xaricdə təhsil almağa göndərilib. Onlardan 900 nəfər gənc bu gün istər dövlət, istərsə də özəl sektorda xaricdə əldə etdikləri bilik və bacarıqları  uğurla tətbiq edir.

Qaynar.info