XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı xəbərdarlıq (VİDEO)
Ölkə20:12 29.08.2026

Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı xəbərdarlıq (VİDEO)

Xaricdə təhsil almaq istəyənlər üçün vasitəçi şirkətlər bəzən əsas ünvanlardan birinə çevrilir.

Universitet seçimi, sənədlərin hazırlanması, qəbul prosesi və viza məsələləri kimi xidmətlər üçün şirkətlərə müraciət edənlərin sayı az deyil. Lakin bu prosesdə ödənilən vəsait və göstərilən xidmətlə bağlı problem yarandıqda tələbə həm maddi, həm də hüquqi çətinliklə üzləşə bilər.

Təhsil eksperti Elvin Bədirov insanlara heç bir halda reklama qaçmamaqlarını tövsiyə edib.

"Bu gün sosial şəbəkədə istənən adam pul hesabına ciddi reklamlar edə və bütün tələblərinin qarşısına həmin reklamlar çıxa bilər. Onlar reklamı qarşısına çıxan adamların mütləq keçmişini araşdırsınlar. Onların təhsil şirkətləri neçə ildir fəaliyyət göstərir? Bu zamana qədər hansı uğurlara nail ola biliblər? Hansı tələbələrin ciddi qəbullarını ala biliblər? Əgər agentliklər xüsusi təqaüd proqramlarını ciddi formada işləyə bilirlərsə, bunun sübutları varsa, həmin agentliklərə etibar etsinlər", - deyə ekspert qeyd edib.

Mövzu ilə bağlı İTV-nin süjetini təqdim edirik: