Xəbər lenti

Xaricdə təhsil tələsinə düşdü, pul verdi, vəd aldı və...
Ölkə15:24 22.08.2015

Xaricdə təhsil tələsinə düşdü, pul verdi, vəd aldı və...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Vətəndaş övladının Gürcüstanda təhsil alması üçün firma ilə anlaşıb və onların arasında müqavilə bağlanıb.Firmaya əvvəlcə 250 manat, sonra 1000 dollar, daha sonar isə 500 manat ödənilib. Vətəndaşla bağlanılan bir tərəfli müqavilədə müştəriləri hüquqları yer almayıb”. Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib.
E.Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi təşkilata son günlər xaricdə təhsil vəd edən firmalarla bağlı şikayətlər daxil olur: “VətəndaşYasamal rayonu, Şərifzadə küçəsi, 1 ünvanında yerləşən “Bakı Biznes Traininq” MMC-yə müraciət edib. Ona Gürcüstanda təhsil tövsiyə edilib.Tərəflər arasında müqavilə bağlanıb və xidmət haqqı kimi 250 manat alınıb.Ailə sonradan 500 manat və 1000 dollar ödəyib.Amma uşaqGürcüstanda oxumaq istəməyib.MMC isə pulu geri qaytarmır”.
Hüquq müdafiəçisi şikayətlə bağlı firma ilə əlaqə saxladığını dedi: “Firmanın hüquqşünası bildirdiki, müqavilə forması Təhsil Nazirliyi ilə razılaşdırılıb. Firma rəhbərliyi isə müştərinin 14 gündən gec müraciət etdiyini deyir.Buna görə də müqaviləyə əsasən pullarınyalnız 15 faizi geri qaytarılır.Halbuki uşaq ali məktəbə qəbul etdirilməyib, Gürcüstan tərəfinə pul ödənilməyib. Onlar hansı xidmət müqabilində müştərilərdən bu qədər  pul alırlar?”
AİB sədri həmin şikayəti İqtisadiyyat və Sənaye Nazirliyinə ünvanlayıb: “Nazirlik araşdırma aparmalıdır. Xaricdə təhsil vəd edən firmaların fəaliyyəti yoxlanılmalıdır”.
“Bakı Biznes Traininq” MMC-nin internetdə göstərilən telefon nömrələrinə cavab vermədilər.
Təhsil Nazirliyindən isə virtualaz.org saytına dedilərki, onlar yalnız dövlət proqramı çərçivəsində xaricdə təhsilə təminat verirlər: “Biz dəfələrlə vətəndaşlara müraciət edərək ehtiyatlı olmalarını tövsiyə etmişik. Təhsil Nazirliyi heç bir firma ilə əməkdaşlıq etmir”.
Təhsil Nazirliyi xaricdə təhsil təşkil edən firmalarla bağlı bir neçə dəfə açıqlama versədə mətbuatda, xüsusilə televiziyalarda xaricdə təhsil reklamları gedir.Vətəndaşlar isə reklamlara inanaraq firmalara müraciət edərək aldadılırlar.
Qaynar.info