Xəbər lenti

Xaricdə təhsil üçün müraciət edənlərə şad xəbər
Ölkə19:10 07.09.2018

Xaricdə təhsil üçün müraciət edənlərə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib
Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb
Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 7 nəfər Azərbaycan vətəndaşı  2018-2019-cu tədris ili üzrə Latviyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə 7 nəfər Latviyanın "Riga Technical University” və "University of Latvia” ali təhsil müəssisələrində iqtisadiyyat və idarəetmə, mühəndislik, filologiya, aviasiya ixtisasları üzrə magistratura (6 nəfər) və doktorantura (1 nəfər) səviyyələri üzrə  təhsilini davam etdirmək hüququ qazanıb.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 1 fevral tarixində elan verilib.