"Valyuta bazarında tələbin artmasının bəzi obyektiv və subyektiv səbəbləri var. Bunlardan biri təhsil mövsümünün başlanmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli Mərkəzi Bankın sentyabr ayında valyuta bazarında tələbin artması ilə bağlı açıqlamasından danışarkən deyib.
Ekspert qeyd edib ki, hər il xarici ölkəyə 10 minlərlə tələbə təhsil arxasınca gedir:
"Bunların hər biri valyuta hesabına başa gəlir. Həm təhsil haqlarının ödənilməsi, həm xaricdə yaşayan vətəndaşlarımız üçün valyutaya tələbi artırır. Digər tərəfdən, təhsil mövsümünün başlanması ilə bağlı ixrac əməliyyatlarında da artım müşahidə olunur. Belə ki, ölkəyə ixrac edilən məhsullarda tələb artır. Bu da şirkətlər tərəfindən valyuta əldə edilməsi üçün müəyyən tələbləri artırır”.
Eyyub Kərimli hesab edir ki, qarşıdakı aylarda valyutaya tələbin artması müşahidə ediləcək:
"Qarşıdan da yeni il gəlir. Həmçinin aktiv iqtisadi dövr başlayır. Toylar mövsümünün başlanması ictimai iaşə sektorunu canlandırır. Bundan əlavə turizm sektorunda da müəyyən canlanma müşahidə olunur. Bu da öz növbəsində valyutaya tələbi artırır”.
Bahar Rüstəmli