Milli.Az-ın məlumatına görə, sənətçinin səfərinin məqsədi xeyriyyə işi olub. Belə ki, müğənni kimsəsi olmayan kasıb bir ailəni himayəsinə götürüb:
“Murovun Göygöl qəsəbəsində yoxsul, evi olmayan bir ailə yaşayır. Onları Xəzər telekanalında yayımlanan “Rezonans” verilişində görmüşdüm. Ailə fermada işləyirmiş. Bir qəza nəticəsində qadın çobanlardan birini öldürüb, həbsxanadadır. Dörd övladı və həyat yoldaşı qəsəbədə çadırda yaşayır.
O qədər imkansızdırlar ki, yeməyə çörəkləri, geyinməyə paltarları da yoxdur. Onlara kömək etmək istədim. Uşaqlara qış üçün lazım olan geyimlər, qalın yorğanlar aldım, bir maşın ərzaq apardım. Həyətlərində, sadəcə, hörülmüş daş ev var, qapısı, pəncərəsi belə yoxdu.
Yaşadıqları çadır pis gündədir, soyuqdan dayanmaq olmurdu. Onların o evlərini düzəltdirəcəyimə söz verdim, bacardığım qədər kömək edəcəm. O ailəni görəndə ağlayıram”. Qaynar.info