Xəbər lenti

Xatirəsi əbədiləşməyən generallarımız - VİDEO
Ölkə08:36 26.06.2014

Xatirəsi əbədiləşməyən generallarımız - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi şəxsiyyətlərin bünövrəsini qoyduğu ordu bizi qoruyur

Bu gün generallarımızın günüdür. Azərbaycan ordusunun formalaşmasında birbaşa əməyi olan generallar Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi şəxsiyyətlərin bünövrəsini qoyduğu ordu bu gün bizi qoruyur. Təəssüf ki, həmin şəxslərin adının əbədiləşdirlməsi istqamətində hələ real addım atılmayıb. 

ANS Azərbaycanın ilk generalları Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskinin o cümlədən ordunun qurulmasında əməyi olan digərlərinin xatirəsinin əbədiləşdirilməsini gündəmə gətirib. Hətta Milli Məclisdə də bu məsələyə diqqət ayrılsa da real addımlar atımlayıb.

Unutqanlığımız Mehmandarovun məzarını itirdi, Şıxlinskinin qəbri isə baxımsızlıqdan acınacaqlı vəziyyətdə düşdü. Generalların uyuduğu torpağı aşkarlamayana qədər bəlkə də çoxları bu məzarların harda yerləşməsindən xəbərsiz idilər. 

Hətta baxımsız qalan məzarların mənzərəsi bizi şoka saldığından orda təmizlik işləri aparıb, səliqə yaratmaq qərarına da gəlmişdik. Məqsədimiz generallarımıza diqqət cəlb etmək idi.

Ümüd edirik ki, bu məsələ də öz həllini tapacaq.