Xəbər lenti

Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)
Video 23:14 02.08.2026

Xəbərləri olmadan 3 nəfərin adına şirkət açıldı, milyonlarla manat borc yarandı (VİDEO)

Üç nəfərin ümumilikdə təxminən 5 milyon manata yaxın vergi borcu yaranıb.

Onlardan birinə 1 milyon 300 min, birinə 1 milyon 600 min, digərinə isə 2 milyona yaxın vergi borcu gəlib.

Bu iddialarla bir qrup şəxs "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.

Şikayətçilərin adından danışan Orxan Qarayevin dediyinə görə, çalışdıqları şirkət rəhbəri olan Emil İbadov tərəfindən onlara "Asan İmza" açdırılması bildirilib. Elə olanlar da bundan sonra baş verib.

Orxan Qarayevin sözlərinə görə, bu hal onun kimi daha bir neçə nəfərin başına gəlib. Orxan Qarayevə fiziki şəxs kimi təqribən 1milyon 523 min manat borc yazılıb. Digərlərinin isə hüquqi şəxs qismində adlarına şirkət açılıb. Onlardan "Lenta Services" MMC-nin borcu 2 milyon manata yaxın, "Caravan Export" MMC-nin isə borcu 1 milyon 255 min manat civarındadır.

Vətəndaşlar məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq orqanlara yazılı müraciət etdiklərini bildirdilər.

Biz də iddialara cavab tapmaq üçün Emil İbadovla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi.

Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.

Həmçinin qeyd olunur ki, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->