
Araşdırmaçı jurnalist Xədicə İsmayılın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verilib.
"Qaynarinfo.Az" xəbər verir ki, bu barədə məlumatı jurnalist "facebook" səhifəsində yayıb.
Xatırladaq ki, Xədicə İsmayıl ölkədən çıxmasına qoyulan qadağanın aradan qaldırılması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib.
Qaynarinfo.Az