Xəbər lenti

Xədicə İsmayılı azad etməyə daha bir çağırış
Ölkə12:21 04.09.2015

Xədicə İsmayılı azad etməyə daha bir çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Bayer Azərbaycanda araşdırmaçı jurnalist Xədicə İsmayıl barəsində çıxarılan hökmlə bağlı bəyanat verib.

"Biz Azərbaycan hakimiyyətini insan hüquqlarına və bütün vətəndaşların fundamental hüquqlarına riayət olunması haqqında ATƏT qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq.

KİV azadlığı demokratik prinsiplərin tərkib hissəsidir. Onların pozulması Azərbaycanın maraqlarına ziddir. Biz Xədicə İsmayılovanı və digərlərini azad etməyə çağırırıq", deyə bəyanatda bildirilir.

Bayer qeyd edib ki, ABŞ Xədicə İsmayıl barəsində hökmdən, istintaq və məhkəmə zamanı yol verilmiş pozuntulardan narahatdır.

Qaynar.info