Xəbər lenti

Xədicə İsmayılın Facebook hesabı yoxlanıldı
Ölkə12:01 25.02.2014

Xədicə İsmayılın Facebook hesabı yoxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalisti Xədicə İsmayıl fevralın 25-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində beşinci dəfə şahid ifadəsi verib.

Onu vəkil Elton Quliyev müşayiət edib.

Fevralın 25-də dindirildikdən sonra “Media forum” saytına danışan Xədicə İsmayıl elektron poçtuna və sosial şəbəkələrdəki hesablarına baxış keçirildiyini bildirib.

“Bu gün kompüterimi də özümlə aparmışdım. Elektron poçt ünvanıma, “Facebook” və “Skype” səhifəmə baxış keçirildi. Onlar üçün maraqlı olan hər şeyi açıq şəkildə göstərdim. Hətta məlumatı mənə ötürən Ramın Nağıyevlə yazışmalarımı belə qorxmadan göstərdim”.

Qaynar.info