Xəbər lenti

Xədicə İsmayılın məhkəməsi yarımqapalı keçirilir - FOTO
Ölkə06:43 07.08.2015

Xədicə İsmayılın məhkəməsi yarımqapalı keçirilir - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhbus jurnalistin yaxınlarını prosesə buraxmayıblar.

Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılın işi üzrə məhkəmə prosesi başlayıb.

Meydan TV-nin məhkəmə binası qarşısında olan əməkdaşı xəbər verir ki, prosesi işıqlandırmaq istəyən media nümayəndələrilə yanaşı, Xədicə İsmayılın dostları, həmkar dəstəyi nümayiş etdirməyə gələn jurnalistlər, vətəndaş cəmiyyətinin fəalları, siyasi partiya təmsilçiləri, diplomatik missiya nümayəndələri də toplaşıb.

Ancaq məhkəməyə yalnız hakimiyyətə yaxın media orqanlarının əməkdaşını buraxandan sonra zalda yerin olmadığını bildiriblər: "Hətta məhbus jurnalistin yaxınlarını da iclasa buraxmayıblar".

Qaynar.info