Xəbər lenti

Xədicə İsmayılın məhkəməsinə heç kəs buraxılmır
Ölkə09:15 23.02.2015

Xədicə İsmayılın məhkəməsinə heç kəs buraxılmır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fevralın 23-də Bakı İstintaq Təcridxanasında Elman Türkoğlunun həbsdə olan jurnalist Xədicə İsmayıla qarşı iddiası üzrə məhkəmə prosesi davam edir.

Açıq olmasına baxmayaraq, prosesə Xədicə İsmayılın ailə üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.

Bu barədə Azadlıq Radiosuna ailə üzvləri məlumat verib:

«Binəqədi rayon Məhkəməsinin hakimi Sədrəddin Hacıyev bizə bildirdi ki, iştirak etmək istəyiriksə, Binəqədi rayon Məhkəməsinə ərizə ilə müraciət etməliyik. Ərizə yazıb vermişik, amma bizi yenə prosesə buraxmadılar».

Xədicə İsmayılın vəkili Elton Quliyevin dediyinə görə, fevralın 20-də jurnalist prosesə aldadılaraq gətirilmişdi. Jurnalisti kameradan çıxardanda vəkillə görüşə aparılacağı deyilsə də, məhkəməyə gətirilmişdi.

Müdafiə tərəfi prosesin həbsxana şəraitində keçirilməsinə etiraz edib. Bildiriblər ki, hazırlıq iclasında məhkəmənin açıq keçirilməsi haqqında qərar qəbul olunub. Amma vəsatət təmin edilməyib.

Qaynar.info