Xəbər lenti

Xədicə İsmayılova son sözünü dedi, hökm sabaha qaldı
Ölkə10:28 31.08.2015

Xədicə İsmayılova son sözünü dedi, hökm sabaha qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Qaynar.info xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılova son söz deyib.
X.İsmayılova ona elan olunmuş ittihamla özünü təqsirkar bilməyib. O, jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib. Məhkəmə heyəti isə onun ittihamdan kənara çıxdığını bildirərək iradını bildirib.
Bundan sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti prosesin sabaha qədər təxirə salındığını elan edib. Sabah ona hökm oxunacaq.//Virtualaz.org 
Qaynar.info