Xəbər lenti

Xədicə üçün 40 aksiya keçiriləcək
Ölkə06:00 30.03.2016

Xədicə üçün 40 aksiya keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq təşkilatlar həbsdə olan jurnalist Xədicə İsmayılın 40 yaşına həsr olunmuş aksiyalara başlayır.

Həbsdə olan jurnalist Xədicə İsmayılın may ayının 27-də 40 yaşı tamam olur. Aksiyaları “Sport for Rights” beynəlxalq hüquq müdafiə təşkilatı təşkil edir. Aksiyalar dünyanın 40 müxtəlif şəhərində keçiriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub.

X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə – külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib. //meydan tv

Qaynar.info