Xəbər lenti

Xəlil Rza Ulutürkün həyat yoldaşı dəfn olundu (YENİLƏNİB)
Ölkə 12:50 27.05.2022

Xəlil Rza Ulutürkün həyat yoldaşı dəfn olundu (YENİLƏNİB)

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı, Milli Qəhrəman Təbriz Xəlilbəylinin anası Firəngiz Ulutürk dəfn edilib.

"Report” xəbər verir ki, mərhum Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F. Ulutürk bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.

10:30

Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Xəlilbəyli vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu Rza Xəlilbəyli məlumat verib.

O bildirib ki, Firəngiz Xəlilbəyli bu gün səhər saatlarında vəfat edib: "Cənazənin saat 12-də götürülməsi nəzərdə tutulub. Anam Badamdar qəbiristanlığında dəfn ediləcək”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->