Xəbər lenti

Xərçəng diaqnozu qoyulan Xalq artisti: "Allaha acıq getməsin, artıq bezmişdim" (VİDEO)
Ölkə15:51 07.10.2019

Xərçəng diaqnozu qoyulan Xalq artisti: "Allaha acıq getməsin, artıq bezmişdim" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Zabit Nəbizadənin həyatı ilə bağlı hazırlanan süjet "Şou ATV"nin efirində təqdim edilib.
Qaynarinfo xəbər verir ki, xanəndənin sağlamlığı ilə bağlı yaşadığı çətin günlərdən bəhs edən videoda Zabit Nəbizadənin həyatının bir çox məqamları öz əksini tapıb.
İllər öncə xalq artistinə həkimlərin səhvən onkoloji xəstə diaqnozu qoyduğu və sonradan bunun onurğa yırtığı olduğu üzə çıxıb. 6 ay yataq xəstəsi olan Zabit Nəbizadəyə xərçəng xəstəsi diaqnozu ilə şüalar verilib. Saçları tökülən xanəndə 4 ay boyunca iki dəfə əməliyyat edilir:
"Ölümdən qorxmurdum açığı. Artıq bezmişdim, Allaha acıq getməsin. Yaşamaqdanmı, inamsızlıqdanmı, bilmirəm, nədənsə bezmişdim. Dedim, bu əməliyyata getmirəm, nə olar olar. 2 ildən sonra üzə çıxdı ki, bel fəqərəmdə yırtıq (qrija) olub".
Xalq artistinin başına gələnlərlə bağlı daha geniş məlumat videoda:(milli.az)
<iframe src="https://daytube.az/az/embed/88146" width="670" height="400" frameborder="0" allowfullscreen="allowfullscreen" style="position: absolute; top: 0px; left: 0px; width: 690px; height: 418.125px;">