Xəbər lenti

Xərçəng xəstəsi özünü 5-ci mərtəbədən atdı
Ölkə15:05 11.11.2016

Xərçəng xəstəsi özünü 5-ci mərtəbədən atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb. 

Ağır xəsarət alan A.Əliyev orada ölüb.

Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.(report)

Qaynarinfo.Az