Xəbər lenti

Xərçəng xəstəsindən dəhşətli əməl - Ağdaşda
Ölkə08:00 01.11.2014

Xərçəng xəstəsindən dəhşətli əməl - Ağdaşda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gecə Ağdaş rayonu Ləki qəsəbəsində asılmış kişi meyiti tapılıb. 

Ağdaş rayon prokurorunun köməkçisi Emil Qurbanovun anspress-ə verdiyi məlumata görə, məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əəməkdaşları cəlb olunub. Məlum olub ki, asılmış halda tapılan şəxs qəsəbə sakini, 64 yaşlı Rasim Rəsul oğlu Səfərovdu.

Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub. 64 yaşlı kişi yaşadığı evin hamamında özünü asıb.

Ailə üzvlərinin verdiyi məlumata görə, Rasim Səfərov xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun daima bədənindəki ağrılardan şikayət etdiyi deyilir.

Faktla bağlı cinayət işi başlanıb. İntiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Qaynar.info