Xəbər lenti

Xərçəngdən əziyyət çəkən Azərbaycan əsgəri vəfat etdi
Ölkə18:22 23.06.2013

Xərçəngdən əziyyət çəkən Azərbaycan əsgəri vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xərçəngdən əziyyət çəkən Azərbaycan Ordusunun əsgəri Tural Qasımov bu gün dünyasını dəyişib. 

Bu barədə “Qafqazinfo”ya əsgərin əmisi Vəlixan Qasımov məlumat verib. O, Turalın səhhətinin dünən yaxşı olduğunu bildirsə də, bu gün səhər saatlarında qəfildən ordumuzun əsgəri dünyasını dəyişib. 

Qeyd edək ki, ötən ilin oktyabr ayından Tovuzdakı N saylı hərbi hissədə xidmət edən Tural Qasımovun bir neçə həftə əvvəl qan xərçəngindən əziyyət çəkdiyi məlum olub. O, Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunda müalicə olunurdu. "Qafqazinfo"ya açıqlamasında yaxınları Turalın Türkiyə və İsraildə sağalma şansının olduğunu demişdilər.

Allah rəhmət eləsin!