Xəbər lenti

Xəstəxanada 10 manatdan pul yığılır?
Ölkə10:13 02.04.2014

Xəstəxanada 10 manatdan pul yığılır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş həkim telekanalı yola salmaq üçün pul toplayır

Vətəninfo.az-a bu dəqiqələrdə Nefçala rayonundan daxil olan məlumata görə, rayon xəstəxanasının baş həkimi Telman Zahidov rayona çəkilişə gələn televiziya kanallarından birini qarşılamaq adı altında xəstəxanada həkim və tibb bacılarından pul toplamağa başlayıb. 

Adını açıqlamayan xəstəxana həkimlərindən birinin redaksiyamıza sızdırdığı xəbərə görə, T.Zahidov həkimlərdən 10 manat-tibb bacılarından isə 5 manat toplayır.

Redaksiya olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Qaynar.info