Xəbər lenti

Xəstəxanada rəzalət: pulu olmayanlar qovulur - ŞİKAYƏT
Ölkə08:57 10.07.2013

Xəstəxanada rəzalət: pulu olmayanlar qovulur - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Yardımlı Rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bu azmış kimi, xəstəxanın baş həkimi Fəxrəddin Əkbərov xəstələrə fiziki zorakılıq tətbiq edir, onları təpikləyir və söyür". 

Bu barədə Qaynar.info-ya Yardımlı rayon sakini Elçin adlı şəxs məlumat verib. 

Onun sözlərinə görə, baş həkim müalicə və müainə üçün pul verməyən şəxsləri xəstəxanadan qovur: "Ötən ayın 26-da hamı baş həkimin bir xəstəni necə döyərək xəstəxanadan uzaqlaşdırdığını gördü. Həmin xəstə Səhiyyə Nazirliyinin "Qaynar.xətt"-inə müraciət etsə də, baş həkimlə bağlı heç bir ölçü götürülmədi. Baş həkim xəstəxanada rüşvətin yığılmasına şəxsən rəhbərlik edir. İmkansız, kasıb əhaliyə biganə münasibət isə dözülməz həddə çatıb. Bu üzdən rayon sakinləri tibbi müainə üçün başqa rayonlara - Masallı və Cəlilabada, eləcə də Bakıya üz tuturlar. Bu gün Yardımlı Rayon Mərkəzi Xəstəxanasında Fəxrəddin Əkbərovun "qanun"ları hökm sürür".

Məsələ ilə bağlı Yardımlı rayon İcra Hakimiyyəti və rayon mərkəzi xəstəxanasının baş həkimi Fəxrəddin Əkbərovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Qaynar.info