Xəbər lenti

Xəstəxanaya düşən Mirzə Sakit xəbər göndərdi
Ölkə10:52 20.04.2014

Xəstəxanaya düşən Mirzə Sakit xəbər göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Belçikanın Gent şəhərində mühacir həyatı yaşayan satirik şair Mirzə Sakit dünən ürəyindəki kəskin ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib. 

Modern.az-ın məlumatına görə, Mirzə Sakit bu gün Facebook-da onunla maraqlananlara təşəkkürünü paylaşıb:

”Sayğılı dostlarım !!!

Dünən səhhətimdə yaranan ötəri problemlərə görə mənə sayğı və ehtiram göstərən bütün dostlara minnətdarlığımı bildirirəm.

Qeyd edim ki, bu gün mənə Norveçdən, Isveçdən, Almaniyadan, Hollandiyadan, Avstriyadan, Fransadan, Türkiyədən, Rusiyadan, Azərbaycandan, Gürcüstandan və başqa ölkələrdən çoxsaylı dostlar zənglər edib səhhətimlə maraqlandırlar.

Bundan başqa, sosial-şəbəkədə, o cümləden saytlarda, qəzetlərdə mənim səhhətim haqqında gedən yazılara görə və zəng edən bütün dostlara dərin təşəkkürümü bildirirəm!!

Sağ olun ki, varsınız, əziz dostlarım!!”

Qaynar.info