Xəbər lenti

Xəstəxanaya yerləşdirilən sabiq nazirin səhhəti necədir?
Ölkə06:10 23.05.2022

Xəstəxanaya yerləşdirilən sabiq nazirin səhhəti necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, iki gün əvvəl səhər saatlarında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yaranıb.
Yaxınlarının Qaynarinfo-ya verdiyi məlumata görə, Penitensiar Xidmətin müalicə müəssisəsinə müalicə alan Səlim Müslümovun səhhətində problem əvvəlki kimi qalmaqdadır. 
Hazırda sabiq nazirin vəziyyəti orta-ağır olaraq qalır. 
Qeyd edək ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, DTX-nın təcridxanasında saxlanılırdı.
Əhməd