Xətai Estetik Klinikasının pullarını ala bilməyən həkimlərə verdiyi vaxt başa çatıb.
Qaynarinfo xəbər verir ki, Modern.az bu haqda bir neçə gün öncə yazmışdı.
Pullarını ala bilməyən həkimlərin sözlərinə görə, problemin həll olunması üçün klinikanın direktoru Fərid Əliyev bir həftə vaxt istəmişdi.
Amma vaxt başa çatsa da, verilən vəd yerinə yetirilməyib.
Həkimlər deyiblər ki, avqust ayından bəri görülən işin müqabilində pullar verilmir. Onlar bunu maliyyə özbaşınalığı hesab edirlər.
Tibb işçiləri məsələnin həlli üçün mübarizəni davam etdirəcəklərini söyləyiblər.
Xətai Estetik Klinikasının rəhbərliyi isə məsələyə dair açıqlama verməkdən yayınır.
Şərhlər