Xəbər lenti

Xətai rayonu qazsız qaldı
Ölkə15:50 07.01.2019

Xətai rayonu qazsız qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xətai rayonu ərazisində qaz xəttində sızma baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə, baş verən qaz sızması nəticəsində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişi dayandırılıb:
"Hazırda ərazidə təmir işləri davam etdirilir. Yaxın saatlarda təmir işləri başa çatacaq və həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək”.