Xəbər lenti

Xətai rayonunda bu küçə bağlanır - Sürücülərin nəzərinə
Ölkə07:44 11.03.2016

Xətai rayonunda bu küçə bağlanır - Sürücülərin nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayonu İlqar Zülfüqarov küçəsində təmir işləri gedən müddət ərzində küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik hissə-hissə məhdudlaşdırılacaq.

“Azəravtoyol”dan Qaynar.info-ya verilən məlumata görə, küçənin uzunluğu 1 km., eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Daha sonra köhnə asflat-beton örtüyü qaşınaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə 2 qat olmaqla təqribən 7 min m2 sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Bundan başqa mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq. Təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qaynar.info