Xəbər lenti

Xətaidə "analoqu" olmayan dayanacaq (FOTOLAR)
Ölkə14:50 03.10.2017

Xətaidə "analoqu" olmayan dayanacaq (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayonu Xudu Məmmədov küçəsi 29/42 ünvanının yaxınlığında yerləşən dayanacaq biabırçı vəziyyətdədir.

"Qaynarinfo"nun məlumatına görə, dayanacaq təxminən 6 il öncə quraşdırılıb. Sakinlərin sözlərinə görə, dayanacaqdan sərnişin avtobusunun keçməsini indiyəcən görən olmayıb. Fotolardan da göründüyü kimi dayanacağın tavanı artıq yoxdur və aşmaq üzrədir.

Xətai rayonunda bu tip problemlər həddindən çoxdur. Dayanacağın yerləşdiyi ərazi olan Xudu Məmmədov küçəsindən Həzi Aslanov metrosuna gedən istiqamətdə yollar da artıq 3 ildir ki, bərbad vəziyyətdədir. Yağışlı hava şəraiti isə onsuz da pis halda olan yolu daha da keçilməz vəziyyətə salır.

Qaynarinfo.Az