Xəbər lenti

Xətaini su basdı - VİDEO
Ölkə12:56 25.04.2014

Xətaini su basdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NZS qəsəbəsinə suyun haradan gəldiyi hələ ki, məlum deyil

Bu gecə Xətai rayonu, NZS qəsəbəsinin sakinləri səhəri diri gözlü açIılar. Artıq neçə illərdir ki, istifadəsi qalan su borusundan suyun gələrək ərazini ağuşuna almasıdır. Artıq ərazidə təmir-bərpa işlərinə başlanılıb, amma hələ də suyun hardan gəldiyi məlum deyil.

Su həyat mənbəyidir, amma bu həyat mənbəyi saydığımız su Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi, 25 ünvanında yaşayanlara bəla gətirib. Gecə saatlarında evləri su basmasından sakinlər gecəni rahat yata bilməyiblər. Daha dəqiq mənbəyi bəlli olmayan su sakinlərin min bir əzab əziyyətlə ərsəyə gətirdikləri yolları və evlərini bərbad vəziyyətə salıb. Özü də, su adi su xətttindən yox, artıq 30 ildir ki, fəaliyyəti dayanan xətdən gəlib.

Sakin Ələsgər Aslanovun sözlərinə görə, evdə uşaq var, qoca var, sudan keçə bilmirik. Burdan keçmək mümkün deyil, yolumuz su içərisindədir.

Digər sakin Cəlal Əzizov isə deyir ki, su evlərin içərisinə dolur, bu birinci dəfə deyil. Bu hal artıq bir neçə gündür ki, davam edir. 

Gecə saatlarında ərazidə rəsmilərdən heç kimi tapa bilmədiyimizdən səhər yenidən NZS qəsəbəsinə yollandıq. Bu dəfə ərazidə “Azərsu” ASC-nin əməkdaşlarının hadisə yerində işlədiklərini gördük. İdarənin rəis müavini bildirdi ki, axan suyun hələ dəqiq tərkibi bəlli deyil. Hazırda iş gedir və ilkin ehtimala görə xətlərin istismar müddətinin keçməsini göstərirlər.

Xətai Sukanal sahəsinin rəis müavini Rəfael Şirinov qeyd etdi ki, burdakı evlərin çoxu su xətlərinin üzərində tikilib. Artıq ərazidə iş gedir, suyun tərkibini araşdıracayıq, hələlik heçnə bəlli deyil. Hazırda sözügedən ərazidə işlər davam etdirilir, suyun nə suyu olması isə aparılan araşdırmalardan sonra bəlli olacaq.

İşlərin bu gün axşam saatlarınadək yekunlaşacağı gözlənilir və aparaılan araşdırmadan sonra məlum olacaq ki, ərazinin basan su hardan gəlib.(ANS TV)