Xəbər lenti

Xətainin heykəlinin taleyi necə olacaq? - FOTO
Ölkə16:25 16.02.2017

Xətainin heykəlinin taleyi necə olacaq? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təxminən on gündür paytaxtın Xətai rayonu ərazisində, Yusif Səfərov küçəsində təmir işləri aparılır. Avropa Oyunları ərəfəsində abadlaşdırılan park isə sökülür. Məqsəd yolun genişləndirilməsidir. Parkda yerləşən Şah İsmayıl Xətainin heykəlinin aqibəti isə sual altındadır.

Qaynarinfo.Az xəbər verir ki, “Azəravtoyol”un mətbuat katibi Anar Nəcəfli APA TV-yə açıqlamasında qeyd edib ki, yenidənqurma işləri çərçivəsində Yusif Səfərov küçəsində Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi nəzərdə tutulmayıb:

"Heykəl bu hissədə saxlanılacaq. Hal-hazırda bu, müzakirə mövzusu deyil”.

Təmir işlərinin 1-2 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Qaynarinfo.Az