Xəbər lenti

Xətainin icra başçısına ölkəni tərk etmə yasağı qoyulub?
Ölkə09:44 07.08.2015

Xətainin icra başçısına ölkəni tərk etmə yasağı qoyulub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xətainin icra başçısı Razim Məmmədov xaricə çıxış yasağı qoyulub. 
Bu barədə pia.az-a özəl mənbələrdən daxil olan məlumatda bildirilir ki, Xətai rayon İcra Hakimiyətinin başçısı yay məzuniyyətinə çıxıb. İcra başçısı yay məzuniyyətini ölkədən xaricdə keçirmək istəsə də, buna müyəssər ola bilməyib.
Məlumatı verən mənbə bildirir ki, icra başçısı xaricə getmək istəyərkən onu aeroportdan geri qaytarıblar. Razim Məmmədova qeyri-rəsmi şəkildə bildiriblər ki, ona ölkədən çıxmaq yasaq olunub.
Məlumatlı mənbə qeyd edir ki, Razim Məmmmədov hal-hazırda Novxanıdakı bağında dincəlir. İcra başçısının həmçinin narahat olduğu və xaricə çıxma yasağının səbəbini araşdırdığı və həmçinin bu yasağı qaldırmağa çalışdığı bildirilir.
Qeyd edək ki, Razim Məmmmədv son zamanlar ən çox tənqidə məruz qalan icra başçılarından biridir. Tez-tez Razim Məmmədovun vəzifədən çıxarılacağı ilə bağlı şayilər dolaşır və həmçinin mətbuatda bu barədə məlumatlar gedir.
Qaynar.info